Plesnoy 4-cü oldu

anton plesnoy

Oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulacaq. Qadınlar 7 (48 kg, 53 kg, 58 kg, 63 kg, 69 kg, 75 kg, +75 kg), kişilər isə 8 (56 kg, 62 kg, 69 kg, 77 kg, 85 kg, 94 kg, 105 kg, +105 kg) çəki dərəcəsində yarışacaqlar.
Avropa çempionatında “Zirvə” Beynəlxalq İdman Klubunun xarici ölkə nümayəndəsi də iştirak edir. “Jidaçiv-Zirvə”nin atleti Anton Plesnoy (U-20) 94 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
Plesnoy birdən qaldırmada 155 kq-lıq ştanqın öhdəsindən gələrək bürünc medal əldə edib. Təkanla qaldırmada isə Anton 185 kq-la 4-cü olub.
Beləliklə, “Jidaçiv-Zirvə” atleti toplam 340 kq (155+185) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.

SHARE
Şərh yaz