Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçirilir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Mayın 24-dəki son yarış qrupunda yaşı 60-64 arası (M60 qrupu) olan kişilər medal mübarizəsinə qoşulublar. Onlar 105 və +105 kq çəki dərəcələrində qüvvələrini sınayıblar. Polşa və İsveç atletləri qızıl medal əldə ediblər.
Bütün nəticələr aşağdakı kimidir:
Adı | Ölkə | Şəxsi çəki | Çəki dərəcəsi | Doğulduğu tarix | Yaş qrupu | Birdən | Təkanla | Toplam | Sinkleyr xalı | Manone-Meltzer | |
1. | Vyetslav Steç | POL | 104.7 | 105 | 1952 | 60-64 | 75 | 100 | 175 | 191.44 | 311.86 |
2. | Saxi Klibaşev | RUS | 96.20 | 105 | 1953 | 60-64 | 70 | 90 | 160 | 180.78 | 288.88 |
3. | Arpad Muxoray | HUN | 99.35 | 105 | 1953 | 60-64 | 65 | 90 | 155 | 172.89 | 276.27 |
1. | Yan Hinriksen | SWE | 139.2 | +105 | 1953 | 60-64 | 80 | 105 | 185 | 188.27 | 300.86 |
2. | Heykki Kasanen | FIN | 108.7 | +105 | 1955 | 60-64 | 67 | 90 | 157 | 169.58 | 261.33 |
3. | Lüdviq Foql | GER | 106.3 | +105 | 1953 | 60-64 | 60 | 90 | 150 | 163.23 | 260.85 |
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions