Prezident seçkilərində İlham Əliyevə səs verək!

Ilham-Eliyev - копия

Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Ölkəmizin həyatında böyük əhəmiyyət daşıyan bu hadisədə iştirak etmək hər bir vətəndaşın borcudur. Hamımız bilirik ki, hazırda Azərbaycan Respublikasının prezidenti olan cənab İlham Əliyev bu postu yenidən tutmaq üçün ən real namizəddir və məhz onu dəstəkləmək ən düzgün addım sayılmalıdır.

Ümummilli lider, mərhum prezident Heydər Əliyevin qurduğu və bütün dünyaya tanıtdığı siyasətin layiqli davamçısı olan cənab İlham Əliyev, Azərbaycan Respublikasının hərtərəfli inkişafı, əhalinin rifahının yüksəldilməsi, iqtisadiyyatın güclənməsi, həmçinin idman və idmançılarımızın zirvələri fəth etməsi üçün əlindən gələni etməkdədir. Həm siyasi, həm iqtisadi, həm də idman baxımından lider dövlətlərlə müqayisə olunan ölkəmizdə aparılan məqsədyönlü siyasət öz bəhrəsini verir. Görülən işlər göz qabağındadır. Azərbaycan hamı tərəfindən qəbul edilən bir qüvvə hesab edilir və inkişafımız hamı tərəfindən qəbul edilir. Xalqın sevgisini qazanan prezident İlham Əliyevin yenidən seçilməsi üçün bizlər də ona dəstək verməliyik.

Dövlət başçısı olmaqla yanaşı, Milli Olimpiya Komitəsinin və ümumilikdə Olimpiya Hərəkattının da rəhbəri olan cənab prezidentin idmana və idmançıları nümayiş etdirdiyi qayğı və diqqət ən yüksək səviyyədədir. Ən vacib yarışlarda şəxsən iştirak edən, hadisələrin gedişini şəxsən izləyən, dəstək olan cənab İlham Əliyevin bu addımları, idmançıları daha böyük uğurlar əldə etməyə, qızıl medal və kuboklar qazanmağa həvəsləndirir. Beynəlxalq Olimpiya Komitəsinin ən ali mükafatı – “Olimpiya ordeni” ilə təltif edilmiş prezidentimizin idmana verdiyi dəyər onun çıxışlarında da öz təcəssümünü tapır: “Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki idman ictimai həyatın mühüm hissəsidir. Tikilən idman qurğuları, sosial infrastrukturun yenilənməsi – bütün bunlar sosialyönümlü tədbirlərdir”.

Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoyan cənab İlham Əliyev, ağır atletikanın da dostudur. Atası, ümummilli lider, mərhum prezident Heydər Əliyev kimi bunu dəfələrlə əyani şəkildə nümayiş etdirən prezidentimiz, ən son XXX London Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Valentin Xristovun yarışını şəxsən izləmişdi. Dövlət başçısının dəstəyi hiss edən atletimiz, Azərbaycan tarixində ilk Olimpiya medalımızı əldə etmişdi. Yarışdan dərhal sonra ağır atletimizi və yığmamızın məşqçilər korpusunu qələbə münasibətilə təbrik edən prezident, bu qələbələrin davamının gələcəyinə inamını bildirmişdi.

Heydər Əliyevin hər Olimpiya Oyunlarından əvvəl və sonra onun iştirakçılarını qəbul etmək, mükafat qazanıb-qazanmamasından asılı olmayaraq hər birinə dəstək vermək, problemləriylə maraqlanıb onları həll etmək ənənəsi də davam etdirən İlham Əliyev, Azərbaycan ağır atletikasının dostu və ən böyük inkişaf qarantıdır. Mötəbər yarışlarda milli komandamızın yanında olan, bütün mümkün dəstəyini əsirgəməyən prezidentimizin yanında olmaq hər bir idmançının borcudur.

“Zirvə” İdman Klubu da cənab İlham Əliyevin siyasətini dəstəkləyir və bu istiqamətdə bir çox işlər görmüşdür. Ölkəmizin bölglərində inşa olunan komplekslər, yaradılan şərait çox tez müddətdə öz bəhrəsini vermişdir. Artıq klubumuzun yetirmələri hər il beynəlxalq yarışlardan 50-dən çox müxtəlif əyarlı medallar gətirərək, Azərbaycanın bayrağını yüksəklərə qaldırır, himnimizin dəfələrlə səslənməsinə nail olur.

Bununla yanaşı, dünyada analoqu olmayan bir yaşayış kompleksi – AAAF PARK Yaşayış Kompleksi də tikilmişdir. Burada idmanla həyatın ən yüksək sintezini görmək mümkündür. İnşa edilən ağır atletika, cüdo, gimnastika, üzgüçülük, boks, tennis, futbol və başqa idman növləri zalları buranın sakinlərinin sağlam həyat tərzi yaşaması, xalqımızın həm mənəvi, həm də fiziki inkişafına şərait yaradır.

Bütün bunlar cənab prezident İlham Əliyevin, bilavasitə qayğısı və diqqəti hesabına mümkün olmuşdur. Onun idmanımıza nümayiş etdirdiyi dəstək əvəzolunmazdır.

Biz, “Zirvə” İdman Klubunun rəhbərliyi, məşqçilər və idmançı heyəti olaraq, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəyimizi bəyan edir, hamını eyni addımı atmağa çağırırıq. Ölkəmizin hərtərəfli inkişafı, siyasi-iqtisadi yüksəlişi naminə bunu etmək borcumuzdur.

Gəlin, hamımız seçkilərdə iştirak edək və ən layiqli namizəd İlham Əliyevə səs verək!

aaaaaaa asif_2136 milli1_20612 milliban_68643 nizi_37548 Pekin 3_9008

Hed_31291.r ilham_23692

 

SHARE
Şərh yaz