Prezidentimiz Polşada bir sıra görüşlər keçirib

th1 - копия

“Zirvə Beynəlxalq İdman Klubları”nın (ZİSC) Polşa filialının açılışı üçün bu ölkəyə yollanan prezidentimiz Tofiq Heydərov bir sıra görüşlər keçirib. O, ilk olaraq mayın 22-də Terespol şəhərinin meri Yatsek Danilyukla görüşüb. Müzakirə zamanı şəhərin mərkəzi idman kompleksinin icarəsi, orada “Zirvə”nin ilk Polşa filialının açılması məsələsi danışılıb. Prezidentimiz klubun yaradılmasından sonra 11 akrlıq torpaq almaq, oraya sərmayə qoyaraq içərisində mehmanxana, tennis kortu, futbol meydançası, basseyn, restoran və digər istirahət, idman və iaşə obyektləri olan böyük bir kompleks tikmək istəyini dilə gətirib. Şəhər rəhbərliyi bu təklifi müsbət qarşılayıb. Qarşıdakı iki həftə ərzində müvafiq sənədləşmənin aparılması və lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Paytaxt Varşavaya geri dönüş zamanı Tofiq Heydərov yolüstü daha bir şəhərə – Sedltseyə baş çəkib. Burada mərkəzi idman kompleksinə baş çəkən prezidentimiz Stefan Dluqoş və Rişard Soçko ilə görüşüb. Qarşı tərəf “Zirvə”nin bu şəhərdəki filialının yaradılmasında maraqlı olduqlarını qeyd ediblər. Prezidentimiz bu əməkdaşlığa müsbət yanaşdığını bildirməklə yanaşı, artıq 2015-ci ildə keçiriləcək “1-ci Ümümdünya Zirvə Oyunları”nı Polşada təşkil etmək fikrində olduğunu qeyd edib.

th2 - копия

th3 - копия

SHARE
Şərh yaz