Prişepa Rio Olimpiadasında yarışdı!

13891843_10210578364322070_2694719509574994711_nRio-De-Janeyroda davam edən 31-ci Yay Olimpiya Oyunlarında “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir ağır atleti mübarizəyə qoşulub. “Kişinyov-Zirvə” təmsilçisi, həmçinin Azərbaycann qadınlardan ibarət yığma komandasının baş məşqçisi Natalya Prişepa 75 kq çəki dərəcəsinin B qrupunda yarışıb.
26 yaşlı atlet birdən qaldırma hərəkətində 97 kq, təkanla qaldırmada isə 116 kq çəkinin öhdəsindən gəlib. Toplam 213 kq (97+116) nəticə göstərən Prişepa B qrupunda 5-ci, yekun sıralamada isə 1-ci yeri tutub.
Nəzərə alsaq ki, Natalya Olimpiadaya vəsiqəni yarışın başlamasına cəmi iki gün qalmış qazanıb və normal hazırlaşmaq imkanı olmayıb, onun çıxışını çox yüksək qiymətləndirmək olar. Moldovalı atletimiz Olimpiadanın “əsas qələbə yox, iştirakdır” şüarının necə doğru olduğunu bu mübarizəsi ilə bir daha göstərə bilib.
Prişepa öz çıxışı barədə bunları deyib: “Şükürlər olsun ki, Olimpiadada yarışmaq arzum gerçəkləşdi. Bəli, bu biraz gözlənilməz oldu. Bəli, çox da yaxşı formada deyildim. Ancaq burda yarışmaq çoxlarının byük arzusu, xəyalıdır. Mən də bu arzusuna yetmiş azsaylılardan, Rio Olimpiya Oyunlarının iştirakçılarındanam. Nəticəm bir qədər təvazökardır, 12-ci yerdir, ancaq pis də deyil. Ura, mən buna nail oldum!”
Natalya Prişepanı Riodakı idman bayramının bir parçasına çevrilməsi münasibətilə təbrik edir, həm idmançı, həm də məşqçi karyerasında uğurlar arzulayırıq!

13912312_10210578364082064_1356126912919219470_n13901358_10210578277799907_8732714927503727529_n13901332_10210578363922060_3310148872106459811_n13895562_730001730473610_2084068947081200634_n

SHARE
Şərh yaz