Qadın ağır atletikasında tarixin ən böyük çəkisi qaldırıldı!

İsrailin Eliat şəhərində 6-9 noyabr tarixləri arasında keçirilən Tələbələrin 3-cü Dünya Çempionatında böyük bir rekord qeydə alınıb. Belə ki, burada +75 kq çəki dərəcəsində yarışan Menq Supinq qadın ağır atletika tarixində ən ağır çəkini başı üzərinə qaldırıb.

22 yaşlı çinli atlet təkanla qaldırma hərəkətində 3-cü yanaşmasında 188 kq-ı qaldırmağı bacarıb. O, bu nəticə ilə həmyerlisi Yanq Mi-Ranın rekordunu 1 kiloqram yeniləyib.

SHARE
Şərh yaz