Qadın cüdoçumuz Azərbaycan çempionu oldu!

12392002_495087580671877_4641502028170292537_n

Dekabrın 23-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. İki gün davam edəcək yarışda respublikamızın müxtəlif bölgələrindən 400-ə yaxın cüdoçu mübarizə aparır. Həmişə olduğu kimi, “Zirvə” idmançıları bu yarışda da tatami üzərindədirlər. Onlardan biri – Günel Həsənli isə artıq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
78 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz böyük əzmlə döyüşərək bütün rəqiblərini üstələyib. Final görüşündə Günay Abdıyevaya qalib gələn “Zirvəçi” iki ildir fasiləsiz davam edən uğurlu çıxışını davam edib. Ötən ildə də Azərbaycan çempionatında çıxış edən Həsənli, qızıl medala sahib çıxmış, milli komandamızın üzvünə çevrilmişdi. Günel çalışqanlığı sayəsində Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında ölkəmizi təmsil etmək hüququnu əldə etmişdi.
İkiqat Azərbaycan çempionu olan cüdoçumuzun cəmi 19 yaşı olması onun haqqında ən xoş sözləri deməyimizə əsas verir. Qarşıdakı Rio Olimpiadasında da Azərbaycan milli komandasının medal ümidi olacaq Həsənli, “Zirvə” İdman Klubunun da qürur mənbəyidir.
30 oktyabr 1996-cı ildə İsmayıllı rayonu Diyallı kəndində anadan olan Günel kiçik yaşlarından idmana həvəsli olub. Məşqçisi Əkbər Şəfəqətovun rəhbərliyi altında bu günə qədər bütün yaş qrupları üzrə Azərbaycan çempionu olan cüdoçumuza uğurlar arzulayırıq!
Təbrik edirik!

1936643_495087670671868_3885537900338442685_n

SHARE
Şərh yaz