Mayın 21-28-də Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçiriləcək. Yarışda 21 ölkədən 200-yə yaxın atlet medallar uğrundan mübarizə aparacaq. Azərbaycan yığma komandası çempionatda geniş heyətlə – 27 nəfərlə (3 qadın, 24 kişi) təmsil olunacaq.
İkinci yarış günü bütünlüklə qadınlar mübarizəsinə həsr olunub. Onlarda ilk olaraq W70-65-60-55 yaş qrupu, yəni yaşı 55-dən yuxarı olanlar körpücük üzərinə qalxıblar. Qızıl medallar müxtəllif çəkilərdə Almaniya, İrlandiya, Böyük Britaniya, Danimarka və Finlandiya idmançılarına qismət olub
Nəticələr aşağdakı kimidir:
Adı | Ölkə | Şəxsi çəki |
Çəki dərəcəsi |
Doğulduğu tarix | Yaş qrupu |
Birdən | Təkanla | Toplam | Sinkleyr xalı | Manone-Meltzer | |
1. | Monika Pipke | GER | 51.65 | 53 | 1957 | 55-59 | 42 | 53 | 95 | 146.33 | 217.74 |
1. | Lusinda Moor-Foks | İRL | 74.20 | 75 | 1957 | 55-59 | 38 | 50 | 88 | 105.97 | 157.69 |
1. | Kler Kemeron | GBR | 91.50 | +75 | 1958 | 55-59 | 36 | 48 | 84 | 91.93 | 134.40 |
1. | Marqa Yorgensen | DEN | 51.00 | 53 | 1955 | 60-64 | 41 | 53 | 94 | 146.31 | 225.47 |
1. | Lene Larsen | DEN | 61.25 | 63 | 1955 | 60-64 | 30 | 42 | 72 | 97.52 | 150.28 |
1. | Merja Henriksson | FİN | 77.15 | +75 | 1954 | 60-64 | 31 | 41 | 72 | 84.96 | 133.21 |
1. | Qvendolin Leyk | GBR | 52.95 | 53 | 1951 | 65-69 | 21 | 32 | 53 | 80.01 | 133.05 |
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilmişdi. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions