“Qazax-Zirvə” idmançısı dünya çempionatında körpücük üzərində

elnare abbasova

Noyabrın 4-16-ı aralığında Qazaxıstanın Almatı şəhərində keçiriləcək ağır atletika üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycan milli komandasının daha bir üzvü yarışlarda iştirak edib. Bu, “Qazax-Zirvə” İdman Klubunun üzvü Elnarə Abbasovadır. O, 63 kq çəki dərəcəsinin C qrupunda çıxış edib.

Elnarə birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırma hərəkətində 105 kq çəkinin öhdəsindən gələrək, toplamda 185 kq nəticə göstib.

Abbasovanın yekun sıralamadakı yeri bütün qruplarda yarışlar başa çatandan sonra məlum olacaq.

SHARE
Şərh yaz