Qordişinski Ukrayna çempionatında bürünc medal qazandı

ukrayna medal

Sentyabrın 9-12-si aralığında Xmelnitski şəhərində böyüklər arasında ağır atletika üzrə Ukrayna çempionatı keçirilib. Yarışda 62 qadın və 151 kişi atlet çıxış edib.
Çempionatda “Jidaçiv-Zirvə” Klubunun bir ağır atleti də mübarizəyə qoşulub. 69 kq çəki dərəcəsində klubumuzu Artur Qordişinski təmsil edib.
18 yaşlı idmançımız toplam 268 kq (118+150) nəticə göstərərək yekun sıralamada bürücn medala sahib çıxıb. Qeyd etmək lazımdır ki, Qordişinski 118 kq nəticə ilə birdən qaldırma hərəkətində ikinci olub.
İdmançımızı təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!

SHARE
Şərh yaz