Qrup yarışları başa çatmaq üzrədir

AFFA-nın bayrağı altında təşkil olunan aşağı yaş qrupları arasında futbol üzrə yarışların qrup mərhələsi başa çatmaq üzrədir. “Zirvə” komandalarının müvafiq regionlarda çıxışları da diqqət mərkəzindədir.
Cənub regionundakı komandalarımızı üçün qrup mərhələsi başa çatıb. Son turda U-10 komandamız qrupun liderlərindən olan “Ərkivan”ı 1:0 hesabı ilə məğlub edib. U-13 “Zirvə” komandası da Masallinin “Ərkivan” komandası ilə qarşılaşıb. Bu oyun da 2:0 hesabı ilə bizim xeyrimizə başa çatıb. Bu yaş qrupunda komandamız liderliyini qoruyaraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Şimal regionunda isə U-10 “Zirvə” komandası “Təhsil”ə 0:1, U-12 komandamız isə “Sumqayıt” FK-ya 0:4 hesabı ilə məğlub olub. Bu qrupda yarışların bitməsinə 2 tur qalıb.

SHARE
Şərh yaz