İyulun 6-da AAAF Park Yaşayış Kompleksində “Zirvə” Beynəlxalq İdman Klublarının rapid üzrə şahmat turniri keçirilib. Qələbə uğrunda 30-a yaxın idmançının mübarizə apardığı yarışda iştirakçılar 1-ci dərəcəli və 3-4-cü dərəcəlilər arasında qruplara bölünüblər.
3-4-cü dərəcəlilərin yarışında Cavad Quluzadə 1-ci, Mirzə Ağazadə 2-ci, Rəşad Mustafayev isə 3-cü yeri tutub. 1-ci dərəcəli şahmatçıların mübarizəsində isə Həsən Orucov 1-ci, Məhəmməd Bağırov 2-ci, Paşam Əlizadə isə 3-cü yerə layiq görülüblər.
Qalib və medalçılara klub tərəfindən kubok, medal, diplom, şahmat dəsti və digər mükafatlar təqdim olunub.