1-4 mart tarixlərində Minsk şəhərində ağır atletika üzrə Belarus Kuboku keçirilib. 35 qadın və 44 kişi atletin iştirak etdiyi yarış yetərincə maraq doğurub. Kubokda “Minsk-Zirvə” təmsilçisi Renat Rəhimov da çıxış edib.
18 yaşlı atlet 77 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplam 295 kq (134+161) nəticə göstərərək öz çəksində 6-cı yeri tutub.