Riodakı “Zirvəçi”lərin sayı 5-ə çatdı

rioBeynəlxalq Ağır Atletika Federasiyası (IWF) Rio Olimpiadasında iştirak edəcək ağır atletlərin tam siyahısını açıqlayıb. 91 ölkədən 260 atletin yarışacağı bu nəhəng turnirdə “Zirvə”nin də imzası olacaq.

Olimpiadada klubumuzun 5 nümayəndəsinin iştirakı dəqiqləşib. Onlardan ikisi qadın, üçü kişi atletdir. Daha bir atlet isə sabiq “Zirvəçi” Nicat Rəhimovdur. O, hazırda Qazaxıstan yığmasının şərəfini qorusa da, dəstəyimiz, diqqətimiz daima onunladır.

“Zirvə” Beynəlxalq İdman Klubunu rəsmi təmsil edəcək atletlər isə aşağıdakılardır:

N Adı Çəki Ölkə Klub
1. Volodimir Hoza 94 kq Ukrayna Jidaçiv-Zirvə
2. Sergey Çeşir 69 kq Moldova Kişinyov-Zirvə
3. Dumitru Kaptari 77 kq Rumıniya Kişinyov-Zirvə
4. Morqan Uitni Kinq 48 kq ABŞ Finiks-Zirvə
5. Mehtap Kurnaz 63 kq Türkiyə Tuzgölü-Zirvə

Onların hər biri peşəkar, güclü, qələbə əzmi və mübarizlik ruhuna malik böyük atletlərdirlər. Dünya ağır atletikasının inkişafına xidmət edən “Zirvə” bu atletlərimizə uğurlar arzulayır, bizləri fəxri kürsünün ən yüksək pilləsindən salamlamalarını diləyirik. İnanırıq ki, onlar Riodakı çıxışı bizi sevindirəcəklər!

Good luck! Mult noroc! Удачі! Başarılar! Uğurlar!

SHARE
Şərh yaz