Rusiya veteranlarından iki qızıl medal

sushakNaxçıvandakı Olimpiya İdman Kompleksində keçirilən Veteran Ağır

Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı davam edir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.

Mayın 27-də yaşı 40-44 arası (M40 qrupu) olan kişilərdə körpücük üzərinə son olaraq çəkisi 105 və +105 kq olanları çıxıblar. Hər iki çəkidə Rusiya idmançıları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bütün nəticələr aşağdakı kimidir:

Adı Ölkə Şəxsi çəki Çəki dərəcəsi Doğulduğu tarix Yaş qrupu Birdən Təkanla Toplam Sinkleyr xalı Manone-Meltzer
1. Yevgeni Şaplıgin RUS 105.0 105 1972 40-44 145 155 300 327.86 389.82
2. Sven Elspass GER 104.2 105 1973 40-44 112 141 253 277.29 326.09
1. Vladimir Suşak RUS 133.9 +105 1972 40-44 151 180 331 339.07 403.15
2. Tomas Karlsson SWE 125.7 +105 1972 40-44 103 130 233 241.80 287.50
3. Rami Yokinen FIN 118.2 +105 1976 40-44 95 127 222 233.89 265.47
4. Hans Hoda AUT 118.6 +105 1976 40-44 105 117 222 233.71 265.26

 

Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz