Rusiyada ağır atletdən qeyri-adi etiraz: “Ştanqımız “evsiz-eşiksiz” qalıb” (VİDEO+FOTO)

piket

Ötən ay Rusiyanın Yaroslavl şəhərində qeyri-adi etiraz nümayişi keçirilib. Daha doğrusu, bu nümayişdə cəmi 1 nəfər iştirak edib. Gənc atlet Vladimir Boqatkin 180 kiloqram ağırlıqlı ştanqı yanında dayanaraq təkbaşına etiraz aksiyası keçirib. Bu zaman oğlanın əlində “Ştanqın yaşamağa yeri yoxdur” yazılan kağız da olub.

Tələbə olmaqla yanaşı, 7 ildir ağır atletika ilə məşğul olan Vladimir, şəhərdə idman zallarının yoxluğundan şikayətlənib: “Üç ildir, şəhərimizdə idmançıları yarış keçirə bilmirlər. Bir ara 14 n-li məktəbin zalında məşq edirdik, onu da sonradan gimnastika zalına çevirdilər. İndi yer tapmırıq məşğul olaq. Ştanqımız “evsiz-eşiksiz” qalıb. Olimpiya idman növünə belə münasibət üzücüdür”.

Atlet gələcəkdə bu etiraz aksiyasına başqa ağır atletlərin də qoşulacağını bildirib.

 

 

SHARE
Şərh yaz