Bu gün daha iki qadın idmançımız “Bakı Beynəlxalq Kuboku”nda mübarizəyə qoşulub. Gənc Elnarə Abbasova və Ləman Əhmədova 58 kq çəki dərəcəsində medallar uğrunda rəqibləriylə rəqabət aparacıblar.
Atletlərimiz gənc olmalarına baxmayaraq, yaxşı çıxış ediblər və 6-7-ci yerləri tutublar. Maraqlıdır ki, hər iki idmançımız – toplamda 140 kq nəticə göstəriblər. Ancaq Elnarə Abbasovanın (60 kq + 180 kq) şəxsi çəkisi Ləman Əhmədovadan (65 kq + 75 kq) azacıq böyük olduğundan bir pillə geridə qərarlaşıb.
Çəkinin qalibi isə rusiyalı Tatyana Aleyeva olub. O, toplam 207 kq-la (92 kq + 115 kq) qızıl medallara yiyələnib. Onun ən yaxın izləyicisi albaniyalı Romela Beqay isə 203 kq-la (95 kq + 108 kq) yarışları ikinci pillədə bitirib. Bürünc medal isə 188 kq (82 kq + 106 kq) nəticə göstərən polşalı Yoanna Loxovska tutub.