Rüstəm Qasımov Avropa birinciliyinin bürünc medalını qazandı!

qasimov-rustem

Sentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi keçiriləcək. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Yaşı 15-ə qədər oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində Qasımov Rüstəm və Muxtarlı Novruz körpücü üzərinə çıxıblar.
“Sumqayıt-Zirvə” atleti Muxtarlı Novruz birdən qaldırma hərəkətində 67 kq, təkanla qaldırma hərəkətində 86 kq-ın öhdəsindən gəldi. Toplam 153 kq (67+86) nəticə göstərən Muxtarlı Aropa birinciliyində 6-cı yeri tutdu.
“Lənkəran-Zirvə” atleti Qasımov Rüstəm birdən qaldırma hərəkətində 77 kq-ı qaldıraraq bu hərəkətdə birinciliyin bürünc medalçısı oldu.
Atletimiz təkanla qaldırma də yaxşı çıxış edərək 93 kq-n öhdəsindən gəldi və bu hərəkətdə də 3-cü ola bildi.
Toplam 170 kq (77+93) nəticə göstərən Rüstəm Aropa birinciliyinin yekun sıralamada 3-cü yeri tutaraq bürünc medala sahib çıxdı.
Bu böyük uğur münasibətilə bütün ağır atletika ailəsini təbrik edirik. Yeniyetmələrimizin belə inamlı çıxışı bizi çox sevindirir. Çünki bu, ağır atletikamızın gələcəyinin parlaq olduğuna işarədir. Əhsən, uşaqlar!
Rüstəmi, onun məşqçilərini, bu qələbədə əməyi olan hər kəsi təbrik edir, uğurların davamının gəlməsini arzulayırıq!

 

muxtarli-novruz

SHARE
Şərh yaz