Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının və “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər.
Gənc atletlərdən daha biri Rzazadə Lalə, yaşı 15-ə qədər olan qızların 58 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
“Lənkəran-Zirvə “ təmsilçisi birdən qaldırma hərəkətində 65 kq-ı ram etməklə bu hərəkətdə 6-c yeri tutub.
Təkanla qaldırma hərəkətində 81 kq-ı qaldıran Lalə, bu hərəkətdə də eyni mövqedə qərarlaşıb.
Toplam 146 kq (65+81) nəticə göstərən Rzazadə yekun sıralamada da 6-cı yeri tutub və milli komandamızın xal ehtiyatını artırıb.