SƏBİNƏ ƏZİMOVA İKİQAT AVROPA ÇEMPİONUDUR!

ez4Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Bu gün “Lənkəran-Zirvə” atleti, ötən il İsveçin Landskrona şəhərində keçirilən 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyinin qalibi və rekordçusu Səbinə Əzimova yaşı 17-yə qədər olan qızların 48 kq çəki dərəcəsində mübarizəsinə qoşulub.
Səbinə birdən qaldırma hərəkətində 65 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropa 3-cüsü ola bilib.
Təkanla qaldırma hərəkətində 87 kq-ı ikinci yanaşmasında qaldıran “Lənkəran-Zirvə” təmsilçisi elə bu cəhddəcə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.

Səbinə toplam 152 kq (65+87) nəticə göstərərək karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.

Maraqlıdır ki, biz bu qələbəni gözləyirdik. Çünki Səbinə Əzimova həm Azərbaycan, həm də Avropa ağır atletikasının ən perspektivli, ən güclü gənc atletlərindəndir. Ona ümid və inanımımız sonsuzdur. Sükanı belə saxla, Səbinə!

Gənc qızımızın Avropa çempionluğunu təbrik edir, onun məşqçilərinə, qələbədə əməyi olan hər kəsə təşəkkür edirik! Səsiniz həmişə zirvələrdən gəlsin!

ez1ez2ez4ez5ez6ez7ez8ez9

 

ez91ez92ez222

SHARE
Şərh yaz