Sərbəst güləş üzrə beynəlxalq açıq Zirvə birinciliyi yüksək təşkilatçılıqla yadda qaldı

Dekabr ayının 14-15-i tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klublarının sərbəst güləş üzrə beynəlxalq açıq birinciliyi keçirildi. Yarışda Azərbaycanla birlikdə daha 4 ölkədən – Türkiyə, İran, Rusiya və Gürcüstandan ümumilikdə 400-ə yaxın çox yeniyetmə idmançı qüvvəsini sınadı. 2005-06-07-ci illər təvəllüdlü güləşçilərin qatıldığı tunir böyük tamaşaçı marağı ilə yadda qaldı. Yarış zamanı hər görüşdə müxtəlif fəndlər, məşqçilərin öz yetirmələrinə dəstəyi, onları mübarizəyə səsləməsi, gənc olsalar da, güləşçilərin əzmkarlığı tamaşaçıların alqışlarına, rəğbətinə səbəb olub.
Turnir çox yüksək səviyyəli təşkilatçılıqla yadda qalıb. Bütün yerli və xarici qonaqlar onlara göstərilən münasibətdən, yaradılan şəraitdən razıl qaldıqlarını dilə gətirib, belə yarışların təşkillinin vacibliyini vurğulayıblar.
Azyaşlılar arasında Avropa və Asiya çempionları və digər beynəlxalq yarışların mükafatçılarının iştirak etməsi də yarışa xüsusi rəng qatıb. Azərbaycan komandası geniş heyətlə çıxış edib və bu idmançıların böyük hissəsi məhz “Zirvə”ni təmsil edib. Çəki dərəclərində rusiyalı Məhəmmədrəsul Məhəmmədov, Əhməd və Adbul Baybasxanovlar, iranlı Bahadur Fər Əşqan, həmçinin Azərbaycandan Əli Əliyev, Hacı Kərimov, Elman Ağayev, Riyad Xəlilov, Musa Ağayev, Ağanəzər Novruzov, Sərdar Sərdarlı, Rəvan və Musayev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında da Azərbaycanm birinci yeri tutub. Sonrakı pillələrdə Rusiya və İran güləşçiləri qərarlaşıblar.

Bütün mükafatçıların siyahısı ilə tanış olun:

29 kq
1. Məhəmmədrəsul Məhəmmədov (Rusiya)
2. Pünhan İsmayıllı (Azərbaycan)
3. Məhərrəm Rzayev (Azərbaycan)
3. Həsən Həsənli (Azərbaycan)

32 kq
1. Əhməd Baybasxanov (Rusiya)
2. Məhəmməd Rizmanov (Azərbaycan)
3. Fərhad Hacıyev (Azərbaycan)
3. Coşqun Kəlbiyev (Azərbaycan)

35 kq
1. Abdül Baybasxanov (Rusiya)
2. Yusif İsparov (Azərbaycan)
3. İsa Yunisov (Azərbaycan)
3. Mohammad Hoseyini (İran)

38 kq
1. Əli Əliyev (Azərbaycan)
2. Şamil Əhmədzadə (Azərbaycan)
3. Fain Əmirov (Azərbaycan)
3. Şahin Yaqublu (Azərbaycan)

41 kq
1. Hacı Kərimov (Azərbaycan)
2. Pünhan Ağayev (Azərbaycan)
3. Vəlirza Vəliyev (Azərbaycan)
3. Hüseyn Hüseynov (Azərbaycan)

44 kq
1. Elman Ağayev (Azərbaycan)
2. Vüsal Nəzərov (Azərbaycan)
3. Mahir Novruzov (Azərbaycan)
3. Muradxan Abıyev (Azərbaycan)

48 kq
1. Riyad Xəlilov (Azərbaycan)
2. İbrahim Mehdiyev (Azərbaycan)
3. İbrahim Musayev (Azərbaycan)
3. Namiq Abbaslı (Azərbaycan)

52 kq
1. Musa Ağayev (Azərbaycan)
2. Arzuman Dərgahquliyev (Azərbaycan)
3. Ömər Nəsibov (Azərbaycan)
3. Sübhan Səfərli (Azərbaycan)

57 kq
1. Ağanəzər Novruzov (Azərbaycan)
2. Səid Nəsirov (Azərbaycan)
3. Alim Səfərli (Azərbaycan)
3. Emil Xamedov (Azərbaycan)

62 kq
1. Sərdar Sərdarlı (Azərbaycan)
2. Əli Mirzəzadə (Azərbaycan)
3. Kamran Abdullazadə (Azərbaycan)
3. Həsən Məmmədov (Azərbaycan)

68 kq
1. Rəvan Musayev (Azərbaycan)
2. Anar Cəfərli (Azərbaycan)
3. Ayxan Hacıyev (Azərbaycan)
3. İlkin Bayramov (Azərbaycan)

75 kq
1. Bahadur Fər Əşqan (İran)
2. Məzahir Mərdanov (Azərbaycan)
3. Əli Səfərov (Türkiyə)
3. Moni Mondalaşvili (Gürcüstan)

 

ŞƏKİLLƏR

 

SHARE
Şərh yaz