Sərdar Həsənov B qrupunda 3-cü yeri tutdu

Ağır atletika yığmamızın daha iki üzvü bu gün körpücük üzərinə çıxacaq. 69 kq çəki dərəcəsində Sərdar Həsənov və Əfqan Bayramov medallar uğrunda mübarizəyə aparacaqlar. Sərdar B qrupunda, Əfqan isə A qrupunda yarışacaq.

Artıq Sərdar Həsənov “B” qrupundakı çıxışını başa vurub. O, birdən qaldırmada 145, təkanla qaldırmada isə 176 kq çəkinin öhdəsindən gələrək toplamda 321 kq-la 3-cü yeri tutub.

“A” qrupundakı yarışlar bu axşam saat 23.00-da başlayacaq. Bu qrupda ölkəmizi Əfqan Bayramov təmsil edəcək.

SHARE
Şərh yaz