30 iyul – 6 avqust tarixləri arasında “Zirvə” Beynəlxalq İdman Klubunun 2016-cı il üçün I Açıq mərhələ yarışları keçiriləcəkdir. Bu yarışlar “Zirvə İnternational Sport Clubs”ın final yarışlarına güclü idmançıların seçilməsi, Azərbaycan çempionatları və birinciliklərinə yığma heyətin komplektləşdırılməsı, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yaş qrupları üzrə milli yığma komanda heyətlərinin komplektləşdirilməsinə dəstək göstərilməsi məqsədi güdür.
Yarışlar 30-31 iyul 2016-cı il tarixdə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin əsas yarış zalında start götürəcək. 30 iyulda Xırdalan, Masazır və yığma komandanın, 31 iyul da isə Ismayıllı, Şamaxı, Qobustan və Sumqayıt idmançıları mübarizəyə qoşulacaqlar. Növbəti yarış 2-4 avqust 2016-cı il tarixlərində Lənkəran şəhəri “Lənkəran-Zirvə” İdman klubunun yarış zalında keçiriləcək. Avqustun 2-də Neftçala, 3-4 avqustunda Lənkəran və Lerik idmancıları körpücük üzərinə çıxacaqlar. Son olaraq isə 6 avqust tarixində Samux şəhəri “Samux-Zirvə” İdman klubunun yarış zalında Samux, Qazax, Gəncə, Goranboy, Şəki idmancıları qüvvələrini sınayacaqlar.
Təşkilitai işlərə “Zirvə” İnternational Sport Clubs MMC rəhbərlik edir və yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunur. Yarışda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində fəaliyyət göstərən “Zirvə”nin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və AHİTA-nın idman məktəblərinin və bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.
Yarışın qalib və mükafatçıları yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq olaraq“Sinkler” cədvəli əsasında müəyyən olunacaqlar. Yarışda hər yaş qrupunda Sinkler cədvəli əsasında I-II-III yerləri tutan idmançılar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılırlar.
Yarışın reqlamenti aşağıdakı kimidir:
30 iyul – Çəki saat 09:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
Yarış saat 11.00-da başlanır.
31 iyul-– Çəki saat 09:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
Yarış saat 11.00-da başlanır.
02 avqust – Çəki saat 09:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
Yarış saat 11.00-da başlanır.
03 avqust – Çəki saat 09:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
Yarış saat 11.00-da başlanır.
04 avqust – Çəki saat 09:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
Yarış saat 11.00-da başlanır.
06 avqust – Çəki saat 09:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
Yarış saat 11.00-da başlanır.
Yarış yaş qrupları uzrə keçirilir, şəxsi xarakter daşıyır və yalnız texniki cəhətdən hazırlıqlı idmançılar buraxılırlar. Yarışa 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar.
Yaş qrupları üzrə çəki normaları aşağıdakı qaydadadır.
17 yaşlı idmançılar – III dərəcə
18 və daha yaşılar – II dərəcə
Hər kəsi həftəsonu AAAF Park yaşayış Kompleksinin yarış zalına dəvət edirik!