Səbinə Rzayeva Avropa çempionudur!

Mayın 21-28-də Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçiriləcək. Yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir. Artıq ikinci yarış günü başa çatıb. Gün bütünlüklə zərif cinsin nümayəndələrinin medallar uğrunda mübarizəsinə həsr olunub.
Günün son yarışçıları W40-35 yaş qrupu, yəni yaşı 35-44 arası olan qadınlar olub. Burada yarışan millimizin yeganə üzvü – Səbinə Rzayeva qızıl medala sahib çıxıb.
Bütün nəticələr aşağdakı kimidir:

Adı Ölkə Şəxsi çəki Çəki
dərəcəsi
Doğulduğu
tarix
Yaş qrupu Birdən Təkanla Toplam Sinkleyr
xalı
Manone-Meltzer
1. Ulrike Zeyner GER 52.25 53 1977 35-39 45 54 99 151.06 169.49
1. Linn Meyhev GBR 57.70 58 1979 35-39 54 65 119 168.17 184.32
2. Holen Kouze Rayan GBR 57.00 58 1980 35-39 49 66 118 168.27 182.24
1. Euxeniya Spiriadis SWE 62.20 63 1981 35-39 44 60 104 139.40 149.43
1. Beate Urbanek POL 63.75 69 1977 35-39 37 45 82 108.12 121.31
1. Kaisu Parna FIN 71.40 75 1981 35-39 47 59 106 130.40 139.79
1. Səbinə Rzayeva AZE 68.05 69 1976 40-44 55 70 125 158.17 179.52
2. Meri Bove IRL 68.15 69 1972 40-44 37 54 91 115.04 136.79
1. Larissa Gerin FRA 128.6 +75 1974 40-44 50 70 120 120.93 140.52

 

Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz