Ağır atletlərin qaldırdıqları çəkini xallarla xüsusi hesablama qaydası olan Sinkleyr cədvəlində kiçik dəyişikliklər edilib. 2013-2016-cı illər yeni Olimpiada tsikli üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) tərəfindən qəbul edilən dəyişikliklər Kanada Ağır Atletika Federasiyasının (CWFH) nümayəndələri tərəfindən hazırlanıb. Köhnə Sinkleyr cədvəliylə yenisi arasındakı fərq əsasən hər çəki dərəcəsində qaldırılan ən ağır çəkilərlə bağlıdır. Üstəlik, 2009-2012-ci illərdə qadınlarda ən yüksək çəki dərəcəsi 125,4 kq, kişilərdə isə 173,9 kq idisə, yeni cədvəldə müvafiq olaraq 148,0 kq və 174,4 kq üçün göstəricilər var. Yeni cədvəl əsasən qadınların nəticələrinin yaxşılaşdırılmasına istiqamətlənib.
Yeni Sinkleyr cədvəllərini buradan yükləyə bilərsiniz: KİŞİLƏR , QADINLAR.
Köhnə və yeni Sinkleyr cədvəlləri arasındakı fərqlər
Qadınlar
Çəki | Nəticə | Köhnə Sinkleyr | Yeni Sinkleyr | Fərq |
44 | 100 | 165,5 | 177,45 | +11,95 |
48 | 125 | 190,9 | 204,90 | +14,00 |
53 | 150 | 210,9 | 226,27 | +15,37 |
58 | 175 | 230,0 | 246,38 | +16,38 |
63 | 200 | 248,6 | 265,78 | +17,18 |
69 | 215 | 253,3 | 269,79 | +16,49 |
75 | 230 | 259,7 | 275,40 | +15,70 |
80 | 245 | 268,8 | 283,96 | +15,16 |
95 | 260 | 269,4 | 280,71 | +11,31 |
Kişilər
Çəki | Nəticə | Köhnə Sinkleyr | Yeni Sinkleyr | Fərq |
50 | 200 | 339,7 | 342,66 | +2,96 |
56 | 250 | 387,4 | 390,19 | +2,79 |
62 | 275 | 395,3 | 397,72 | +2,42 |
69 | 300 | 401,5 | 403,58 | +2,08 |
77 | 325 | 407,6 | 409,27 | +1,67 |
85 | 350 | 416,9 | 418,26 | +1,36 |
94 | 375 | 426,7 | 427,82 | +1,12 |
105 | 400 | 436,3 | 437,15 | +0,85 |
110 | 425 | 456,6 | 457,31 | +0,71 |
125 | 450 | 467,1 | 467,55 | +0,45 |