“Sinkleyr cədvəli”ni hesablamaq üçün telefon proqramı çıxdı!

iwf agirliq

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) çox faydalı bir proqram hazırlayıb. Bundan sonra hər birimiz öz telefonumuzda Sinkleyr cədvəlini rahatlıqla hesablaya biləcəyik.

Bu proqram bütün Android tipli smartfonlarda işləyəcək.

PROQRAMI YÜKLƏMƏK ÜÇÜN BURAYA TIKLAYIN

Proqramı işlətmək çox asandır. Yükləyəndən sonra menyudan “Sinclair” bölməsini seçin. Orada “Men-Women” seçib, yuxarıda idmançının öz çəkisi, aşağıda isə toplamda qaldırdığı çəkini yazın. “Sinclair”-i tıklayan kimi, xalınızı dəqiq göstərəcək.

Proqramın daha bir funksiyası da var. Belə ki, ağır atletikaya yeni başlayan və ştanqın üzərindəki çəkiləri tanımayanlar üçün “Loading” funksiyası hazırlanıb. Orada siz istənilən çəkinin ştanq üzərində necə göründüyünə baxa və əzbərləyə bilərsiniz.

proqram

SHARE
Şərh yaz