“Smolyan-Zirvə” atleti gümüş medal qazandı

22-30 sentyabr tarixlərində Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatıb. Yarışda 40-a yaxın ölkədən 264 atlet (117 oğlan və 147 qız) medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında “Zirvə” international Sport Clubs-ın Bolqarıstan filialının üzvü də olub.
“Smolyan-Zirvə” təmsilçisi Qalya Şatova yaşı 17-yə qədər olan qızların 63 kq çəki dərəcəsindəki yarışında iştirak edib. O, toplam 191 kq (87+104) nəticə ilə birdən, təkanla qaldırma və toplamda gümüş medal qazanıb.
Bununla yanaşı, Qalya 252.9 Sinkleyr xalı ilə Avropa birinciliyinin ən yaxşı atletləri sırasında 6-cı yeri tutub.
Təbrik edirik!

SHARE
Şərh yaz