6-18 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletika yarışları başa çatıb. Bu yarışlarda “Zirvə” İnternational Sport Clubs-ın bir üzvü də çıxış edib. Bu, “Smolyan-Zirvə” təmsilçisi Qalya Şatovadır.
Klubumuzun dünya çempionatı və kuboklarında dəfələrlə medalçı və qalib olmuş, böyük perspektiv vəd edən istedadlı atlet özü gücünü Buenos-Ayresdə də nümayiş etdirə bilib. Mərhum Veliçko Çolakovun yetirməsi olan Qalya fəxri kürsüyə qalxaraq ona olan etimadı doğrulda bilib.
Şatova 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplam 201 kq (90+111) nəticə ilə Yeniyetmələrin Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb.
Onu təbrik edir, qarşıdakı yarışlarda da uğur qazanmasını diləyirik!