“Zirvə” Beynəlxalq İdman Klubunun 2015-ci ildə son mərhələ yarışlarına start verilir. İlk olaraq Azərbaycanda yerləşən filiallarımız arasında birinciliklər keçiriləcək. Klub rəhbərliyi vaxt cədvəlini də açıqlayıb. Bu dəfə bir qədər dəyişiklik edilib. Belə ki, adətən sonda keçirilən Abşeron mərhələsi indi başlanğıc nöqtə olacaq, sonra Lənkəran, sonda isə Samux gələcək. Cədvəllə aşağıda tanış ola bilərsiniz:
17 oktyabr – Abşeron
21 oktyabr – Lənkəran (Neftçala)
22-23 oktyabr – Lənkəran
25 oktyabr – Samux