Son mərhələ yarışlarında 600-ya yaxın ağır atlet qüvvəsini sınadı

IMG_8225

“Zirvə” Beynəlxalq İdman Klubunun Azərbaycandakı filialları arasında seçmə yarışları başa çatıb. Bu, komandalar arasında 2015-ci ildə son mərhələ yarışları idi. Məhz bu nəticələr əsasında “Zirvə” ilin sonunda keçiriləcək Dünya çempionatına seçim aparılacaq, iştirakçıların siyahısı müəyyən ediləcəkdir.

Əvvəlcədən xəbər verdiyimiz kimi, bu dəfə Abşeron mərhələsi başlanğıc olub. Oktyabrın 17-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında 120 atlet medallar uğrunda mübarizə aparıb. Bir neçə gün sonra 90-dan çox Neftçala atleti Lənkərandakı “Zirvə” İdman Kompleksinin körpücüyü üzərinə çıxıb. Sonrakı iki gün ərzində Cənub regionundakı bütün ağırllıqqaldıranlarımızı – təxminən 220 atlet qüvvəsini sınayıb.
Son olaraq, oktyabrın 25-də qərb zonasındakı 120 “Zirvəçi” Samuxdakı İdman Kompleksimizdə yarışıb. Ümumilikdə, bu mərhələ yarışında 600-a yaxın ağır atlet mübarizə aparıb. Nəticələr haqqında qarşıdakı günlərdə sizə məlumat verəcəyik. Hələliksə, yarışlardan çəkilən fotoları sizə təqdim edirik:

SHARE
Şərh yaz