İsrailin Eylat şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatıb. Turnirdə “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak ediblər. Yarışların son günündə onlardan sonuncusu Leonid Kıbıkovski yaşı 23-ə qədər olan kişilər arasında +105 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
“Jidaçiv-Zirvə” atleti birdən qaldırma hərəkətində 181 kq-ı ram edib və bu hərəkətdə 3-cü yeri tutub.
Kubışkovski təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 211 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropa çempionatında bürünc medala sahib çıxıb.
Leonid toplam 392 kq (181+211) nəticə ilə yekun sıralamada da bürünc medal qazanıb. Kubışkovski “Jidaçiv-Zirvə”nin nümayəndələrinin Avropa çempionatındakı möhtəşəm çıxışına əla bir nöqtə qoyub.
Üç bürünc medalla fərqlənən Kubışkovski və onun uğurunda əməyi olan hər kəsi, qarşıdakı bütün yarışlarda qələbələr arzulayırıq!