Naxçıvandakı Olimpiya İdman Kompleksində keçirilən Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı başa çatıb. Yarışların son günündə yaşı 35-39 arası (M35 qrupu) olan kişilər körpücük üzərinə çıxıblar.
Azərbaycan yığmasının 7 üzvü çıxış edib və hər biri medal qazanıb. Bunlardan 4-nün qızıl olması xüsusi qeyd edilməlidir.
Atletlərimizi təbrik edirik!
Bütün nəticələr aşağdakı kimidir:
Adı | Ölkə | Şəxsi çəki | Çəki dərəcəsi | Doğulduğu tarix | Yaş qrupu | Birdən | Təkanla | Toplam | Sinkleyr xalı | Manone-Meltzer | |
1. | Yuri Kondraşov | RUS | 68.90 | 69 | 1979 | 35-39 | 101 | 115 | 216 | 290.85 | 318.77 |
1. | Samir Qeyisov | AZE | 75.80 | 77 | 1979 | 35-39 | 100 | 128 | 228 | 289.70 | 317.51 |
2. | Samir Hüseynov | AZE | 76.90 | 77 | 1979 | 35-39 | 100 | 115 | 215 | 270.95 | 296.96 |
3. | Ron Nikol | GER | 76.85 | 77 | 1977 | 35-39 | 92 | 105 | 197 | 248.36 | 278.66 |
1. | Mike Hölzel | GER | 84.30 | 85 | 1978 | 35-39 | 111 | 145 | 256 | 307.19 | 340.68 |
2. | İlham Hüseynov | AZE | 84.10 | 85 | 1978 | 35-39 | 103 | 136 | 239 | 287.14 | 318.43 |
3. | Murad Nəsrullayev | AZE | 81.55 | 85 | 1977 | 35-39 | 100 | 120 | 220 | 268.52 | 301.28 |
1. | Natiq Həsənov | AZE | 89.55 | 94 | 1977 | 35-39 | 120 | 160 | 280 | 326.37 | 366.19 |
2. | Mael Le Paven | FRA | 85.20 | 94 | 1980 | 35-39 | 111 | 145 | 256 | 305.57 | 330.94 |
3. | Ziqfrid Buxmayer | AUT | 85.80 | 94 | 1979 | 35-39 | 97 | 123 | 220 | 261.70 | 286.82 |
1. | Anar Qasımov | AZE | 94.10 | 105 | 1980 | 35-39 | 100 | 120 | 220 | 250.87 | 271.69 |
1. | Emil Əliyev | AZE | 111.5 | +105 | 1977 | 35-39 | 145 | 160 | 305 | 326.84 | 366.71 |
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.