Sumqayıt birinciliyində 30 medal qazandıq!

eleiko-xf-bar-bumper-set

Noyabrın 7-8-də Veteran Ağır Atletlər İctimai Birliyinin zalında 2000-ci il və daha yuxarı təvəllüdlü yeniyetmələr arasında ağır atletika üzrə Sumqayıt birinciliyi keçirilib. Yarışda “Zirvə” İdman Klubunun 30 gənc atleti də çıxış edib və onların hamısı fəxri kürsüyə qalxa bilib. Onlardan 9-u qızıl, 11-i gümüş, 10-u bürünc medala sahib çıxıb.
Bu gözəl çıxış münasibətilə komandamızın bütün üzvləri və məşqçilər heyətini təbrik edirik!
Çempionların adlarını və nəticələrini sizə təqdim edirik:

Qızlar
26 kq
1. Muxtarlı Günel (toplam qaldırdığı çəki – 57 kq)

Oğlanlar
26 kq
1. Əliyev Turan (45 kq)
30 kq
1. Hacıyev Məhəmməd (56 kq)
34 kq
1. Muxtarov Cavidan (62 kq)
38 kq
1. Hüseynli Fizuli (66 kq)
42 kq
1. Əliyev Murad (113 kq)
46 kq
1. Muxtarlı Novruz (125 kq)
50 kq
1. Şükürlü Əli (117 kq)
56 kq
1. Rzayev Nadir (113 kq)

SHARE
Şərh yaz