Sumqayıtda cüdo yarışımız keçiriləcək

cudo 2

Fevralın 1-də “Sumqayıt Zirvə Kompleksi”ndə 2001-2003-cü il təvəllüdlü oğlan və qızlar arasında “Zirvə” İdman Klubunun daхili cüdo yarışı keçiriləcəkdir. Turnirdə oğlanlar – 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 kq, qızlar isə -28, 32, 36, 40, 44, 48, 52, 57, 63 və +63 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
I-II-III yerləri tutan idmançılar «Zirvə» Beynəlхalq Idman Klubunun Fəхri Fərmanı və hədiyyələri ilə mükafatlandırılacaqlar. Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.
Hamını bu yarışı izlməyə dəvət edirik!

SHARE
Şərh yaz