Həmişə idmanın və idmançıların yanında olan, mütəmadi xəbər və yayınları ilə daima dəstəyini nümayiş etdirən İdman TV-nin 11 yaşı tamam olur. Bu telekanal ilk yarandığı gündən klubumuzun yarışlarını diqqət mərkəzində saxlayıb, yüzlərlə uşağın idmançı olmasında böyük rol oynayıb, qələbələrə, zəfərlərə səsləyib, həvəsləndirib. Bu işlərdə əməyi olan kanalın hər bir əməkdaşına xüsusi təşəkkür düşür. “Zirvə” Beynəlxalq İdman Klubları olaraq sevimli “İdman TV”-ni təbrik edir, gələcəkdə böyük uğurlar qazanmalarını, zirvələri fəth etməkdə davam etmələrini arzulayırıq!