Taekvondoçu qızımız bürünc medal qazandı!

30 noyabr – 5 dekabr tarixlərində Sumqayıt şəhəri Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda “Zirvə” təmsilçisi də iştirak edib.

Mütəxəssis Azər Süleymanovun yetirməsi Səadət Abbasova gənclər arasında 55 kq çəki dərəcəsində mübarizəyə qoşulub. O, uğurlu çıxış edərək bürünc medala sahib çıxıb.

Təbrik edirik!

SHARE
Şərh yaz