Taekvondoçular 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarına rəng qatdılar

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə taekvondoçulara çatıb.
“Hədəf Olimpiya”, “Şamaxı”, “Lənkəran”, “Sumqayıt-Təhsil”, “Gömrükçü”, “Fərasət”, “Mübariz”, “Neftçi”, “Zenit”, “Ümid”, “Alpman”, “Bakılı”, “Biləsuvar”, “Masallı”, “Olimpiya 2016”, “Sahil”, “Cavidan”, “Kövsər”, RUGİM, “Fateh”, “Abşeron” İ.K. və “Zirvə” klublarından olan 300-dən çox yeniyetmə oğlan və qızlar iki yaş qrupu – 2008-2009 və 2005-2007-ci illərdə mübarizə aparıblar. Tribunalara toplaşan tamaşaçıları gün ərzində çox sayda maraqlı döyüşə şahidlik ediblər. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün var gücünü ortaya qoyan yeniyetmə taekvondoçuları bu əzmi alqışlarla qarşılanıb. Sonda qalib və mükafatçılar medal, diplom və xatirə hədiyyələri ilə təltif olunublar. Onları təltif edənlər arasında tanınmış taekvondoçu, dünya və Avropa çempionu, Olimpiya Oyunlarının iştirakçısı, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də olub. O, gənc döyüşçülərə uğurlar arzulayıb.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

Oğlanlar – 37 kq
1. Kamal Ələsgərov – RUGİM
2. Əli Əzimzadə- Abşeron-Zirvə
3. Əli Tağıyev – Neftçi
3. Malik Abbasov – Gömrükçü

Oğlanlar- 41 kq
1. Pünhan Mürsəlov – Neftçi
2. Taleh Həbibli – Zirvə
3. Ümid Bayramlı – Fərasət
3. Alişan Cəfərov – Asiman

Oğlanlar – 45 kq
1. Vaqif Hacıyev – Neftçi
2. Fərrux Azərpur – RUGİM
3. Tamerlan Bayramov – Zirvə
3. Adil Məmmədov – RUGİM

Oğlanlar – 49 kq
1. Uğur Cəfərov – RUGİM
2. Nurlan Məmmədli – Zirvə
3. Bahadur Nuruzadə – 1 saylı Gömrükçü
3. Fərid Əliyev – Zirvə

Oğlanlar – 53 kq
1. Nizami Hacıyev – Zirvə
2. Nicat Hacıyev – 1 saylı Gömrükçü
3. Sədi Mənsumov – 2 saylı Gömrükçü
3. Yusif Şükürov – Gömrükçü

Oğlanlar – 57 kq
1. Fazik Hüseynov – Sumqayıt-Təhsil
2. Yusif Abbasəlizadə – Zirvə
3. Aydın Əliyev – Mübariz
3. Kənan Şabanov – Ağsu-Zirvə

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz