Oktyabr ayının 13-də Rusiyanın Mahaçqala şəhərində “Olimp” İdman Klubunun təşkil etdiyi taekvondo üzrə beynəlxalq açıq turnir keçirilib. Yarışda “Abşeron-Zirvə” taekvondo komandası da iştirak edib. Təmsilçilərimiz uğurla çıxış ediblər. İki idmançımız fəxri kürsüyə qalxmağı bacarıb.
Qızların mübarizəsində 37 kq çəki dərəcəsində Səadət Abbasova, oğlanlarda isə 55 kq çəki dərəcəsində Süleyman Səfərov bürünc medala layiq görlüblər.
Təbrik edirik!