Taekvondoçularımız 5 medal qazandılar

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçirilib. Respublika dərəcəli yarışda 48 taekvondo bölmə və klublarından 550 idmançı iştirak edib. Onların arasında “Zirvə” taekvondoçuları da olub. Nəriman Rzazadənin rəhbəliyi altında 11 idmançımız mübarizəyə qoşulub. Üç gün davam edən birincilikdə 2010-2011-ci və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2005-2007–ci il təvəllüdlü yeniyetmə və 2002-2004-cü il təvəllüdlü gənc taekvondoçular yarışıblar.
Yarış taekvondoçularımız üçün uğurlu alınıb. Onlar 1 qızıl və 4 bürünc medal qazanaraq klubumuzu layiqli təmsil etməyi bacarıblar.
10-11 yaşlı yeniyetmələr arasında 33 kq çəki dərəcəsində Aytül Zeynallı qızıl medala layiq görülüb.
Bu yaşda 36 kq-da Ayşən Süleymanova, 40 kq-da Zəhra İsmayılova, 48 kq-da isə Hüseyn Məmmədli, 8-9 yaş qrupunda isə 24 kq-da Aylin Əlizadə bürünc medal ld edbilər.
Taekvondoçularımızı təbrik edir, uğurlu çıxışda əməyi olan hər ksə təşəkkür edirik!

SHARE
Şərh yaz