16-18 iyun tarixlərində Azərbaycan Taekvondo Federasiyasının idman zalında taekvondo üzrə Azərbaycan birinciliyi keçirilib. 2007-09-cu il təvəllüdlü qızlar və oğlanlar arasında təşkil edilən yarışda “Abşeron-Zirvə” təmsilçiləri də iştirak ediblər. Məşqçi Azər Süleymanovun rəhbərliyi altında idmançılarımız 3 qızıl və 2 bürünc medal qazanıblar.
Onlardan Qazıxanov Nicat (37 kq) və Əzimzadə Əli (49 kq) öz çəkilərində 3-cü, Abasova Səadət (+59 kq), Mirzağayev Nihad (61 kq) və Süleymanov Süleyman (+65 kq) 1-ci yeri tutublar.
Bununla “Abşeron-Zirvə” həm də komanda hesabında ən yaxşı adını qazanıb.
Təbrik edirik!