Noyabr ayının 9-10-da Gürcüstanın paytaxtı Tiflisdə taekvondo üzrə yeniyetmələr arasında beynəlxalq “Tbilisi Open” açıq şəhər birinciliyi keçirilib. Yarışda “Ağsu-Zirvə” idmançıları da iştirak ediblər. Baş məşqçi Cavanşir Mirzəyevin rəhbərliyi altında takevondoçularımız uğurlu çıxışla yadda qalıblar. Komandamızın üzvəri aktivlərinə 3 medal – 1 qızıl, bir gümüş və bir bürünc medal yazdıra biliblər.
41 kq çəki dərəcəsində Nigar Abdullayeva qızıl, 29 kq çəki dərəcəsində Fatimə İsmayılzaəd gümüş, 44 kq çəki dərəcəsində Xədicə İsmayılova bürünc medal qazanaraq fəxri kürsüyə qalxıblar.
Təbrik edirik!