Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş açıq Bakı birinciliyində Respublikamızda fəaliyyət göstərən 60-dək taekvondo klub və bölmələrindən 600-dək idmançının qatıldığı yarış başa çatıb. Turnirdə “Zirvə” idmançılar da iştirak edib və uğur qazanıb. Təcrübəli mütəxəssis Nəriman Rzazadənin rəhbərliyi altında təmsilçilərimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Oğlanlarda Mikayıl Məmmədov 49 kq-da bürünc, Nihat Sultanlı 78 kq-da gümüş, qızlarda isə Gülsüm Əlyeva 63 kq-da qızıl, Zəhra Məmmədova 49 kq-da bürünc, 27 kq-da İsmət Əliyeva bürünc medal qazanıblar.
Təbrik edirik!