Tamaş Ayan yenidən IWF-nin prezidenti seçildi

tamas ayan

Rusiyanın paytaxtı Moskva şəhərində Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) president seçkiləri keçirilib. Bu posta iki əsas namizəd olub. Bu, italiyalı Antonio Urso və macarıstanlı Tamaş Ayan olub.

12 ildir IWF-nin prezidenti olan Tamaş Ayan seçkilərdə qalib gəlib. O, daha 4 il bu postda qalacaq.

Köhnə-yeni prezident seçkilərdə qələbədən sonra bu sözləri deyib: “Mənə səsə verən hərə kəsə təşəkkür edirəm. Səs verməyənlərə isə dəstək əlimi uzadıram. Biz bir olmalı, ağır atletikanın gələcəyi üçün birlikdə çalışmalıyıq”.

SHARE
Şərh yaz