Tarmenxan və Əlimərdan medal mübarizəsinə qoşuldular

t1Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Bu gün daha iki atlet – Tarmenxan Babayev və Əlimərdan Alxasov körpücük üzərinə çıxıblar. Onların hər ikisi yaşı 15-ə qədər olan oğlanların 69 kq çəki dərəcəsindəki medal mübarizəsinə qoşulublar.
Əlimərdan birdən qaldırma hərəkətində 101 kq, təkanla qaldırma hərəkətində isə 121 kq-ın öhdəsindən gəlib. Alxasov toplam 222 kq (101+121) nəticə ilə Avropa birinciliyində 6-cı yeri tutub.
Tarmenxan birdən qaldırma hərəkətində 105 kq, təkanla qaldırma hərəkətində isə 131 kq-ın öhdəsindən gəlib. Babayev toplam 236 kq (105+131) nəticə ilə Avropa birinciliyində 5-ci yeri tutub.

alxasov-el

 

SHARE
Şərh yaz