“TBİLİSİ-ZİRVƏ” TƏMSİLÇİSİ DÜNYA ÇEMPİONU OLDU!

g4

Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı keçirilir. 40 ölkədən 250 idmançının (110 qadın və 140 kişi) iştirak etdiyi bu yarışda klubumuzun üzvləri də çıxış edirlər. Onlardan biri dünya çempionu adını qazanıb.
“Zirvə” Beynəlxalq İdman Klubunun Kubok və Çempionat yarışlarının dəfələrlə iştirakçısı və qalibi olmuş Giorgi Çxeidze öz ölkəsində keçirilən dünya çempionatında 105 kq çəki dərəcəsində mübarizə aparıb. 19 yaşlı “Tbilisi-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 172, təkanla lqaldırmada isə 207 kq nəticə götərib. Toplam 379 kq (172+207) ona gənclər arasında dünya çempionatının qızıl medalını qazanmaq və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ordan qələbəni bayram etmək imkanı verib.
Biz də öz növbəmizdə Giorgini, onun məşqçilərini, ümumilikdə gürcü dostlarımızı təbrik edir, onlara bundan da böyük nəticələrə sevinməyi arzulayırıq!
მილოცვა თქვენ!

g1g2g3

SHARE
Şərh yaz