Tehran Məmmədov 55 kq-da qızıl medal qazandı

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Kişilər arasında ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar qalibi müəyyənləşdiriblər. Toplam 190 kq (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kq (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kq (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 55 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Məmmədov Tehran2002QobustanUGİM54.688102190
2.Tağıyev Əvəz2002NeftçalaZirvə49.97997176
3.Qəmbərzadə İsmayıl2003LənkəranTəhsil54.77190161
4.Hüseynli Fizuli2002SumqayıtTəhsil54.96778145
5.Cavadov Ömər2002XırdalanZirvə54.690

Kişilər. 55 kq. Azərbaycan çempionatı. 7-8- fevral 2019

Posted by Zirvə İdman Klubu on Thursday, February 7, 2019

SHARE
Şərh yaz