Naxçıvandakı Olimpiya İdman Kompleksində keçirilən Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı davam edir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Mayın 26-da yarışa yaşı 45-49 arası (M45 qrupu) olan kişilər 62, 69 və 77 kq çəki dərəcələrində mübarizə aparıblar. Yarışçılar arasında bir Azərbaycan atleti olub. “Xırdalan-Zirvə” təmsilçisi Rasim Orucov toplam 180 kq nəticə ilə gümüş medala sahib çıxıb.
Atleti təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!
Bütün nəticələr aşağdakı kimidir:
Adı | Ölkə | Şəxsi çəki | Çəki dərəcəsi | Doğulduğu tarix | Yaş qrupu | Birdən | Təkanla | Toplam | Sinkleyr xalı | Manone-Meltzer | |
1. | Mark Berk | GBR | 61.60 | 62 | 1970 | 45-49 | 75 | 100 | 175 | 254.27 | 309.70 |
1. | Rene Rudiger | GER | 68.70 | 69 | 1967 | 45-49 | 101 | 125 | 226 | 304.88 | 385.06 |
2. | Rasim Orucov | AZE | 67.70 | 69 | 1968 | 45-49 | 80 | 100 | 180 | 245.14 | 305.94 |
1. | Stefan Ullman | GER | 76.60 | 77 | 1970 | 45-49 | 103 | 127 | 230 | 290.49 | 353.82 |
2. | Ferents Bernthaller | HUN | 75.85 | 77 | 1971 | 45-49 | 90 | 117 | 207 | 262.92 | 316.29 |
3. | Becani Çiçinadze | GEO | 76.50 | 77 | 1971 | 45-49 | 82 | 110 | 192 | 242.68 | 291.94 |
4. | David Qodo | FRA | 76.60 | 77 | 1970 | 45-49 | 80 | 95 | 175 | 221.03 | 269.21 |
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions