“Terespol-Zirvə” atleltərindən uğurlu çıxış

terespolOktyabrın 20-23-ü tarixlərində Bilqoray şəhərində yaşı 15-ə qədər atletlər arasında ağır atletika üzrə Polşa birincliyi keçirilib. İki yüzə yaxın idmançının iştirak etdiyi turnirdə “Terespol-Zirvə” nümayəndələri mübarizə aparıblar. Marek Zielonkanın rəhbərliyi altında gənc atletlərimiz uğurlu çıxışla fərqləniblər.

Oğlanlarda Lazuqa Konrad 45 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplam 114 kq (49+65) nəticə ilə qızıl medal əldə edib.
Qızlarda isə Aqneşka Xomyuk 58 kq-da yarışıb. O, toplam 127 kq (57+70) nəticə ilə bürünc medala sahib çıxıb.
Komandamızın üzvlərini bu uğur münasibətilə təbrik edir, növbəti yarışlarda da çoxlu medallar qazanmalarını arzulayırıq!

N Name Born BW Cat. S CJ T Sinc. Pl.
1. Lazuqa Konrad 2003 42.0 45 kq 49 65 114 229.38 1
2. Zrol Mixal 2003 33.3 45 kq 39 47 86 221.44 7
3. Agnieszka Chomiuk 2001 55.1 58 kq 57 70 127 185.80 3
SHARE
Şərh yaz