“Terespol-Zirvə” ilk rəsmi yarışında bürünc medal qazandı

25

“Zirvə” İdman Klubunun Polşa filialının nümayəndələri ilk rəsmi yarışlarında uğur qazanıblar. İyulun 10-13-ü tarixində Dolni Slask şəhərində keçirilən “Yeniyetmələrin Polşa Olimpiya Günləri” çərçivəsində ağır atletika yarışlarında iki atletimiz məşqçi Marek Zelyonkanın rəhbərliyi altında çıxış edib.

“Terespol-Zirvə”nin şərəfini qoruyan Kasper Maqelnitski 56 kq çəki dərəcəsində bürünc medal qazanıb. 16 yaşlı atlet toplamda 165 kq (75+90) nəticə göstərib.

Digər təmsilçimiz Mateuş Skulimovski isə medalın bir addımlığından dönüb. 69 kq çəki dərəcəsində mübarizə aparan idmançımız toplamda 236 kq (110+126) nəticə göstərib. O, fəxri kürsünün üçüncü pilləsinə qalxan Klos Kasperə cəmi 1 kq uduzub.

Atletlərimizi yaxşı çıxışları münasibətilə təbrik edir, gələn yarışlarda da uğurlar arzulayırıq!

56 kg

69 kq

 

26

 

SHARE
Şərh yaz