“Terespol-Zirvə” Polşa çempionu oldu

11998719_1005725969478813_1752253959_n

Sentyabrın 5-də Polşanın Çexanov şəhərində yaşı 12-yə qədər olan məktəblilərin ölkə birinciliyi keçirilib. Qızlar iki – 11 və 12 yaşa qədər, oğlanlar isə üç – 10, 11 və 12 yaşa qədər – qrupda medallar uğrunda mübarizə aparıblar. Yarışlar iki mərhələdən – bir neçə təmrinin cəmi – ibarət olub. İştirakçılar birinci mərhələdə 4×10 metr estafet qaçışı, şar topunun uzağa atılması və cüt ayaqla yerindən tullanmada yarışıblar. Sonra isə ağır atletikaya aid hərəkətlər edilib. Gənc idmançılar birdən qaldırma və texnika ilə qaldırma (təkanla qaldırma) növlərində yarışıblar. Sonda bütün təmrinlərdən yığılan xallar toplanıb və qaliblər müəyyən edilib.
Bu birincilikdə “Terespol-Zirvə” atletləri də – 5 oğlan və 2 qız – mübarizə aparıblar. 12 yaşa qədər oğlanların yarışında Konrad Lazuqa toplam 366 xalla gümüş medala sahib çıxıb.
Daha sevindirici xəbər isə klubumuzun ümumi sıralamada qalib olmasıdır. Belə ki, “Terespol-Zirvə” Klubu bütün nümayəndələrinin topladığı xallar digər klubların müvafiq göstəricilərindən üstün olub. Marek Zielonkanın rəhbərlik etdiyi komandamız “Novi Tomisl”, “KS Çiexan”, “Qrom Vıborq” və başqa güclü klubları arxada qoyaraq çempion olub.
Polşa təmsilçilərimizi təbrik edir, klubumuzu layiqincə təmsil etdiklərinə görə təşəkkür edirik.

results terespol u12

11993993_1005725932812150_1651685915_o

SHARE
Şərh yaz